Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan qeyri-neft ixracını 17% artırıb

Baxış: 337



Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixracının dəyəri 29,5 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 2,1 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Sənədə əsasən, son 1 ildə kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.
2022-ci ilin sentyabr ayı üzrə ixracın dəyəri 3,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracın dəyəri isə 231,2 milyon ABŞ dolları təşkil edib. Yeyinti məhsulları üzrə ixracın dəyəri 7,4% artaraq 49,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 1,7% artaraq 181,6 milyon ABŞ dolları olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.