Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb

Baxış: 190



Türkiyə iyulda Rusiyadan təbii qaz idxalını 37,2 % azaldıb, İran və Azərbaycandan isə tədarükü artırıb.
“Sahibkartv.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında deyilir.
“2022-ci ilin iyulunda Türkiyəyə təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % azalaraq, təxminən, 3 milyard 411 milyon kubmetr təşkil edib”, - qurum bildirib.
Hesabatda göstərilib ki, iyulda Türkiyə ən çox təbii qazı Rusiyadan alıb - 1 milyard 448 milyon kubmetr: “Sonrakı yerləri İran - 870 milyon kubmetr, Azərbaycan - 710 milyon kubmetr tutur. Amma bu dövrdə Rusiyadan təbii qaz idxalı 37,2 % azalıb, İran və Azərbaycandan isə müvafiq olaraq 37,5 % və 31,5 % artıb”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.