Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri genişləndirilib

Baxış: 267



İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri genişləndirilib.
”Sahibkartv.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, sənədin 2.21-ci bəndinə 4-cü bənd əlavə edilib. Həmin bənddə deyilir ki, antiinhisar siyasəti həyata keçirən qurumun tələb etdiyi sənəd və məlumatlar təqdime dilmədikdə onun məhkəməyə müraciət etmək hüququ yaranır.
Baş nazirin imzaladığı dəyişikliklə həmçinin antiinhisar qurumundan məhkəməyə müraciət edilməsi şərtləri də dəyişib. Belə ki, əvvəllər məhkəməyə müraciət hüququ antiinhisar qurumunun qərar çıxartdığı gündən 6 ay müddətində yaranırdısa, yeni versiyada rəsmi təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə müraciət etmək imkanı verilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.