Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edilib

Baxış: 191
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanda nümayəndəliyinin açılması məsələsi müzakirə edilib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı məlumat verib.
“Biz SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsini də müzakirə etdik. Hesab edirəm ki, bu da bizim səmərəli əməkdaşlığımızın əlaməti ola bilər”, - R.Radev bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev bunları deyib: “Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.