Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avrozonada illik inflyasiya ilk dəfə ikirəqəmli həddə çatıb

Baxış: 275



Bu ilin sentyabrında Avrozonada illik inflyasiya avqust ayı ilə müqayisədə 0,9 faiz bəndi artaraq 10 %-ə yüksəlib.
“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, bölgədə inflyasiya ilk dəfə ikirəqəmli həddə çatıb.
Sentyabrda Avrozonada əsas komponentlər arasında ən yüksək illik inflyasiya 40,8 %-lə enerjidə qeydə alınıb. Enerjini 11,8 %-lə qida, spirt və tütün məmulatları, 5,6 %-lə qeyri-enerji sənayesi məhsulları və 4,3 %-lə xidmətlər sektoru izləyib.
Sentyabrda Avrozona ölkələri arasında ən yüksək inflyasiya Yunanıstanda 12,1 %, Belçikada 12 %, Avstriya və Sloveniyada 11 %, Almaniyada 10,9 %, İtaliyada 9,5 %, İspaniyada 9,3 % olub.
Beləliklə, Avrozonada avqust ayında inflyasiya "Eurostat" tərəfindən məlumatların toplandığı son 25 ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.