Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Ulyanovskdan 15 min tondan çox buğda idxal edib

Baxış: 279



Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Ulyanovsk vilayəti üzrə idarəsi, bu ilin əvvəlindən ümumilikdə 43 114 ton taxılın ixracına nəzarət edib.
"Sahibkartv.az" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ərzaq buğdası və kətan ən populyar ixrac məhsulları olub.
Buğdanın böyük hissəsi Latviyaya (20 501 ton), Azərbaycana (15 227 ton) və Qazaxıstana (6 339ton) ixrac edilib.
Həmçinin Ulyanovsk vilayəti ərazisindən emal üçün Latviyaya 760 ton kətan, Belarusa 287 ton ərzaq kolzası göndərilib.
Qeyd edilib ki, məhsullar Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) laboratoriyasında yoxlanılıb və karantin obyekti aşkarlanmayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.