Hazırda Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri ilə ticarət dövriyyəsi 4,6 milyard ABŞ dollarını ötüb, bu ölkələrin Azərbaycan iqtisadiyyatına 13,8 milyard ABŞ dolları, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard ABŞ dolları investisiya qoyub.
“Sahibkartv.az”ın Energetika nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən TDT-nın enerji nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Nazir TDT-ni müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarında strateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib. Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsləri və Vətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb.
TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzində Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən Yol Xəritəsinin imzalanması, Qazaxıstanla enerji tərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib.
Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib. Bu xüsusda, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb.
“TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyardkubmetrə çatdırılmasını zəruri etdi. Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcə Azərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir, qardaş ölkələrin də yeni bazarlara çıxışına imkanlar yaradır”, - P. Şahbazov bildirib.
Vurğulanıb ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı - 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Nazir: “Azərbaycan türk dövlətlərinə 21,3 milyard dollar investisiya qoyub”
Bölməyə aid digər xəbərlər
Tarix: 28-09-2022, 19:19 Oxunub: 155
Bölməyə aid digər xəbərlər
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
20-04-2022, 16:24
"Verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək"
27-02-2022, 14:46
Müttəfiqlik Bəyannaməsi Azərbaycana hansı imkanları təqdim edəcək? - ARAŞDIRMA + FOTO
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
22-02-2022, 23:35
İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - YENİLƏNİB + FOTO/VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
29-11-2021, 11:03
Azərbaycan-İran münasibətləri: Ermənistanın xain planı iflasa uğradı!
12-09-2021, 14:18
Azərbaycan və Qazaxıstan ticarət əməkdaşlığını gücləndirir
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO