Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncədə idman sarayının tikintisinə çəkilən xərclər 46 milyon manata çatıb

Baxış: 152



Gəncə Şəhər İcra Hakimiyyəti idman sarayının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi növbəti açıq tenderə yekun vurub.
"Sahibkartv.az" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi yenə də "Rövşən Oğuz Qrup" MMC-dir.
Qalib şirkətə 10 milyon manat ödəniləcək.
Xatırladaq ki, bundan əvvəl idman sarayının tikintisinə 4 tender üzrə 6,4 milyon manat, 9,4 milyon manat, 5 milyon manat və 15 milyon manat, ümumilikdə 35,8 milyon manat ayrılmışdı. Beləliklə, tikinti xərcləri 45,8 milyon manata çatıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.