Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl ucuzlaşaraq 1631 dollara düşüb

Baxış: 287


Qızıl ucuzlaşaraq bir unsiyası 1631 ABŞ dollarına düşüb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,31 % və ya 5,05 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 631,15 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,11 % düşərək 1 unsiyası 18,133 ABŞ dolları təşkil edib.
Qiymət artımını şərtləndirən amillərdən biri dolların məzənnəsidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,52 % artaraq 114,7 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.
Qiymətli metalın qiymətinin düşməsinə təsir edən digər amil ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,963%-dən 3,984% səviyyəsinə qalxıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.