Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

WB ticarət tərəfdaşlarının valyutasının ucuzlaşmasının manata təsirini qiymətləndirib

Baxış: 202



Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən xarici valyuta satışı avqust ayında ötən ilin eyni deövrü ilə müqayisədə 4,6 % azalsa da, iyul ayı ilə müqayisədə 2 dəfədən çox artıb.
“Sahibkartv.az” bu barədə Dünya Bankının (WB) aylıq iqtisadi bülleteninə istinadən xəbər verir.
Bülletenə görə, Azərbaycan manatının məzənnəsi sabit qalaraq, 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində olub, halbuki Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları artıb.
“Valyutaya olan zəif tələb ehtiyatların yaradılmasına kömək edib. Bununla bağlı Mərkəzi Bankının ehtiyatları avqust ayında nominal ifadədə 1,3 % artaraq 7,5 milyard ABŞ dollarına çatıb. Manatın nominal effektiv məzənnəsi bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması nəticəsində 10,5 % bahalaşıb”, - bülletendə deyilir.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ARDNF 3 milyard 392 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 % azdır.
Avqustda Fondun xarici valyuta satışı 440,5 milyon ABŞ dolları təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.