Day, Month 00, Year
00: 00: 00 AM
Sabah da qar yağacaq

13:50 / 22-02-2025

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək - QƏRAR

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.
"Sahibkartv.az"ın xəbərinə görə, qərarda bildirilib ki, “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
Sənədə görə, Qərarın 1-ci hissəsində qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Tarix: 25-09-2022, 15:20 Oxunub: 144


Bölməyə aid digər xəbərlər