Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Uşaq geyimlərinin Azərbaycana idxalı zamanı ƏDV-nin yumşaldılması təklif edilir

Baxış: 223



Azərbaycana malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlətin verilməsi və idxal olunan uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin yumşaldılması təklif edilib.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında keçirilən görüşdə qeyd edilib.
Bununla yanaşı, elektron ticarət platformalarından sifariş olunan malların və onları gətirən karqo şirkətləri üzərində nəzarətin gücləndirilməsi təklif olunur.
Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən bildirilib ki, geyim idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə belə görüşlərin keçirilməsi və Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq davam etdiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.