Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsveçrədə Azərbaycanın enerji və logistika potensialı təqdim edilib

Baxış: 270
İsveçrənin Cenevrə şəhərində “Azərbaycan 2022: Avropa və Asiya üçün enerji mənbəyi və logistika mərkəzi” mövzusunda "dəyirmi masa" keçirilib.
Bu barədə "Sahibkartv.az"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, tədbir Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının (CCIG) təşkilatçılığı, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "SOCAR Trading"in dəstəyi ilə təşkil olunub.
"Dəyirmi masa"da Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının direktoru Nathalie Hardyn, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatasının idarəedici direktoru Dorit Sallis, İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz və digər ölkələr üzrə idarəsinin müdiri Seraina Siqron və "SOCAR Trading”in təmsilçisi Tağı Tağızadə mövzu ilə bağlı çıxış ediblər.
Tədbir çərçivəsində KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İsveçrənin "M&M" şirkəti müvafiq olaraq ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə, Azərbaycanın investisiya potensialına, logistika və enerji imkanlarına dair təqdimatlar keçirib.
Həmçinin tədbir çərçivəsində KOBİA, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) və “Swiss Alternative Financing” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.