Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İİTKM: "Azərbaycan türk dövlətləri arasında iqtisadi artıma görə 3-cü olub"

Baxış: 199



Bu ilin I yarısında Azərbaycan iqtisadi artıma görə türk dövlətləri arasında 3-cü olub.
"Sahibkartv.az" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ümumi daxili məhsulun (ÜDM) artım tempi Türkiyədə 7,6 %, Qırğızıstanda 6,3 %, Azərbaycanda 6,2 %, Özbəkistanda 5,4 %, Qazaxıstanda isə 3,4 %təşkil edib. 6 ay ərzində türk dövlətləri 1 138,5 milyard ABŞ dolları dəyərində ÜDM istehsal edib.
Bundan başqa, məlumatda deyilir ki, türk dövlətlərinin yarım illik ticarət dövriyyəsinin dəyəri 536,1 milyard ABŞ dolları təşkil edib. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (20 788,8 milyon ABŞ dolları) və Azərbaycan (13 171,6 milyon ABŞ dolları) malik olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.