Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

FHN nümayəndəsi: “İnformasiya təhlükəsizliyi sahəsində biz ISO standartlarına arxalanırıq”

Baxış: 192
“İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq ISO standartlarına arxalanmaq lazımdır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nicat Əliyev Bakıda “Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib.
“Standartlardan danışarkən hüquqi standartları da unutmaq olmaz. Əgər hansısa ölkədə kibersistem məsələlərinin nəzərə alındığı qanunvericilik varsa, nəticə əldə etmək mümkündür”, - o deyib.
“Hazırda informasiya təhlükəsizliyi sahəsində biz ən çox ISO 27001, 27003 standartlarına arxalanırıq”, - o əlavə edib.
Xatırladaq ki, ISO 27001 Beynəlxalq Elektrotexniki Komissiya tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə birlikdə hazırlanmış beynəlxalq informasiya təhlükəsizliyi standartıdır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.