Bu gün xarici ölkələrdə olan daşınmaz əmlaklara investisiya yatırmaq ən populyar biznes sahələrindən hesab olunur. Bu biznes sadəcə pul qazandırmır, həmçinin əmlakını aldığın ölkədə müəyyən üstünlüklər də verir. Hazırda dünyada ən çox daşınmaz əmlaklarına maraq göstərilən ölkə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).
BƏƏ nəinki yaşayış icazəsi məqsədilə köçməyi, həm də başqa ölkəyə öz işini aparmağı planlaşdıran alıcılar arasında xüsusilə məşhurdur.
Dubayda daşınmaz əmlak alanlar bir sıra üstünlüklərə malikdirlər. Birincisi, onlar 10 ilə qədər 0 %-lə kredit götürə bilərlər. İkincisi, daşınmaz əmlakın qısamüddətli icarəsi üzrə gəlir 12 % (şəxsi investisiya tövsiyəsi deyil) təşkil edir ki, bu da xeyli yüksəkdir. Üçüncüsü, əmlak olan şəxslər viza ala, bank hesabları və ya şirkət aça bilərlər ki, bu da onlara Dubayda faizsiz kredit götürmək və ya lizinq müqaviləsi bağlamaq imkanı verəcək. Nəhayət, əldə edilən obyekt daha sonra yenidən satıla və sürətlə böyüyən bazarda 100 %-dən çox qazanc əldə edə bilər. Bundan əlavə, daşınmaz əmlakın alınması həmin şəxsə və onun ailə üzvlərinə vətəndaşlıq hüququ əldə etmək şansı verir.
Hazırda bir çox ölkələrdə BƏƏ-nin alqı-satqı şirkətləri sərgilər keçirir. Sərgiyə gələn müştərilər öz ölkələrindən çıxmayaraq elə yerindəcə istədikləri mənzili ala bilirlər.
Bəs Azərbaycandan Dubayda daşınmaz əmlak almaq istəyənlər bunun üçün hara və necə müraciət edirlər? Ölkədən çıxmayaraq xaricdə ev almaq nə qədər realdır?
Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı “Sahibkartv.az”a verdiyi açıqlamada bu vəziyyətin Azərbaycan vətəndaşları üçün necə tənzimləndiyini izah edib:
“Əmlak alqı-satqısı zamanı ya alan şəxs, ya da onun etibarnamə verdiyi şəxs notarial kontorunda iştirak etməlidir. Çox insan var ki, hazırda Azərbaycanda yaşamasa da, etibarnamə verdiyi və burada yaşayan şəxs onun adından alqı-satqı müqavilələri bağlayır. Nəinki Azərbaycanda, dünyanın hər bir nöqtəsində qanun buna icazə verir.
Hazırda xaricdə alqı-satqı işləri ilə məşğul olan şirkətlər var ki, ölkədən çıxmadan onlar vasitəsilə işlərini görə bilərsən. Bakıda bir çox xarici ölkəyə məxsus şirkətin nümayəndəliyi var ki, onlar vasitəsilə xaricdə daşınmaz əmlak almaq mümkündür. İndi daha çox Türkiyədə və BƏƏ-də əmlak almaq olur. Lakin insanlarımız dələduzluğun qurbanı olmaqdan qorxduğu üçün çox zaman sənədləşmə kimi işləri şirkətə həvalə etsələr də, alış məsələsində özləri də iştirak etmək istəyirlər. Buna görə də vətəndaşlarımız aldığı mənzilin harada yerləşdiyini, necə olduğunu gözü ilə görmək üçün çox zaman alış prosesində şəxsən iştirak edirlər. Məhz bu səbəbdən şirkətlər təkcə mənzil üçün lazım olan sənədləri deyil, həmçinin müştərinin gediş-gəliş biletlərini, gedəcəyi yerdə qalmaq şəraitini də hazırlayırlar”.
Ekspert xaricdən gələnlərin Azərbaycanda mənzil almaq istəklərinin hansı səviyyədə olmasına da toxunub:
“Azərbaycanda digər ölkələrlə müqayisədə investorların yerli daşınmaz əmlakla cəlbi çox aşağı səviyyədədir. Qabaqcıl ölkələrdə xarici investorların cəlbi ilə dövlət orqanları deyil, adi alqı-satqı şirkətləri məşğul olur. Bizdə isə bu şirkətlərin səviyyəsi arzulanan şəkildə deyil. Adi mülki hüquqdan xəbərsiz, əmlak haqqında məlumat verməyi bacarmayan şirkətlərin sayı çoxdur. Həmçinin dil bilgiləri də zəifdir. Azərbaycana əmlak almağa Şərq ölkələrindən olanların çoxluğunu nəzərə alsaq, onlarla ünsiyyət qurmaq səviyyəsi də çox şirkətlərdə yoxdur”.
E.Fərzəliyev Bakıda müəyyən dövrlərdə keçirilmiş daşınmaz əmlak sərgiləri haqqında fikirlərini də bölüşüb:
“Sərgilərdə iştirak edən şirkətlərə nəzər salsanız, onların tikinti deyil, sırf alqı-satqı şirkətləri olduğunu görərsiniz. Təbii ki, onların təqdimatında mənzil almaq rahat olsa da, ucuz deyil. Yerində gedib seçərək mənzil almaq isə həm seçim bolluğu, həm də qiymət münasibliyinə görə daha əlverişlidir”.
Niyə xaricdə daşınmaz əmlak almaq bu qədər cəlbedicidir? Ekspert bu suala da aydınlıq gətirib:
“Xaricdə daşınmaz əmlak almağın üstünlüyü bir çox hallarda həmin ölkənin vətəndaşlığını və ya yaşamaq hüququnu əldə etmək hesab olunur. Yaxın ölkələrdən Türkiyə və Rusiya ilə bağlı Azərbaycan vətəndaşlarının belə bir problemi yoxdur. Çünki hər iki ölkəyə vizasız getmək, müəyyən qədər yaşamaq imkanımız var. Buna baxmayaraq Avropada əmlak almaq daha cəlbedicidir. Lakin orada da daşınmaz əmlak qiymətləri ucuz deyil. Bundan başqa, hər bir dövlətin təyin etdiyi limit var. Alınan daşınmaz əmlak həmin limiti keçdiyi halda vətəndaşlıq və ya yaşama hüququ qazanırsan. Məsələn, Fransada bu məbləğ 400 min avrodur. Bundan ucuz ev aldığın təqdirdə sən vətəndaşlıq deyil, sadəcə həmin evdə müəyyən qədər yaşamaq hüququ qazanırsan.
Türkiyədə bu limit əvvəl 250 min ABŞ dolları idi. Rusiya-Ukrayna müharibəsindən sonra xaricdə yaşayan rusların öz bisneslərini Türkiyəyə keçirmək cəhdinə görə bu ölkəyə axın çoxaldı. Buna görə də Türkiyə hökuməti həmin limiti 500 min ABŞ dollara qaldırdı”.
E.Fərzəliyev bildirib ki, Azərbaycandakı limit sadalanan ölkələr arasında ən aşağıdır. Hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda əmlak bazarına 100 min manat yatırmaqla müvəqqəti yaşamaq hüququ əldə edə bilərlər.
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
Bakıdan çıxmadan xaricdə daşınmaz əmlak almaq mümkündürmü?
Bölməyə aid digər xəbərlər
Tarix: 20-09-2022, 19:35 Oxunub: 191
Bölməyə aid digər xəbərlər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
10-05-2022, 14:32
Əcnəbilər Azərbaycanın hava limanlarında viza ala biləcəklər - SƏRƏNCAM
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
25-02-2022, 08:26
Əmlak sığortası ilə bağlı əhaliyə xəbərdarlıq etdildi
24-02-2022, 16:57
Əmlak sığortası ilə bağlı əhaliyə xəbərdarlıq etdildi
3-02-2022, 16:28
Azərbaycanda kredit götürmək mədəniyyəti varmı?
31-01-2022, 10:52
Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
30-11-2020, 12:42
Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO