Son 1 ildə əksər ölkələr kimi Azərbaycan da ciddi inflyasiya problemi ilə üz-üzə qalıb.
Qiymətlərin sürətlə artdığını rəsmi statistika da təsdiqləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 % təşkil edib. Başqa sözlə, bu ilin 8 ayında Azərbaycanda əhaliyə əmtəə və xidmətlər 1 il əvvəllə müqayisədə 13 %, o cümlədən ərzaq 19 % baha satılıb. Bu isə o deməkdir ki, sahibkarlar bu il əlavə dəyər vergisinin (ƏDV) ödənilməməsi üçün nəzərdə tutulmuş 200 min manatlıq illik limiti ötən illə müqayisədə tez keçib. Bəs bu halda həmin limitin artırılmasına ehtiyac yaranırmı?
"Sahibkartv.az" bu məsələni "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Orucla müzakirə edib.
"7 ildir ki, limit dəyişmir"
Onun sözlərinə görə, Azərbaycanda sonuncu dəfə ƏDV limiti 7 il bundan əvvəl yenilənib. Halbuki, bu müddət ərzində əmtəə və xidmət qiymətlərində dəfələrlə artım olub: "2015-ci ildə ƏDV üçün tətbiq olunan limit 160 min manatdan 200 min manata yüksəldilib və ondan sonra bu rəqəm olduğu kimi saxlanılıb, odur ki, bununla bağlı qərara yenidən baxılması məqsədəuyğundur. Bu müddətdə kifayət qədər inflyasiya baş verib, bütün növ məhsul və xidmətlərin qiymətləri dəfələrlə artıma məruz qalıb. Belə ki, 2016-cı ildə 12,4 %, 2017-ci ildə 12,9 %, 2018-ci ildə 2,3 %, 2019-cu ildə 2,6 %, 2020-ci ildə 2,8 %, 2021-ci ildə isə 6,7 % inflyasiya olub. Hesab edirəm ki, kiçik və orta biznes subyektlərinin (KOB) fəaliyyətini artırmaq, onları izafi xərclərdən azad etmək, vergidənyayınmanın qarşısını almaq, habelə sağlam rəqabət mühitinin formalaşmasına dəstək vermək məqsədilə ƏDV limiti artırılmalıdır".
"Bu, istehlakçılara da zərbə vurur"
"Mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri ƏDV ödəyicisinə çevrilirlər. Belə olduğu təqdirdə mənfəət və sadələşdirilmiş vergi ödəyiciləri ilə müqayisədə ƏDV ödəyiciləri təqribən 2,5-3 dəfə artıq məbləğdə vergi xərci çəkirlər. Bəzən isə sahibkarlıq subyektləri daha artıq vergi ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəticə etibarilə həm dövlət büdcəsi zərərə uğrayır, həm də sahibkarlar artıq xərcə düşür. Eləcə də bu ödənişləri bir çox hallarda kommersiya subyektləri qiymətləri qaldırmaq hesabına kompensasiya etməyə çalışırlar. Bu da öz növbəsində istehlakçılara zərbə vurur", - deyə ekspert əlavə edib.
"ƏDV limiti azı 300 min manata qaldırılmalıdır"
Onun fikrincə, ƏDV limiti azı 300 min manata qaldırılmalıdır: "Son 7 ildə baş verən proseslər biznes subyektlərinin mənfəətinin azalmasına, vergidənyayınma meyllərinin artımına gətirib çıxarıb. Qeyd olunanları rəhbər tutaraq, ƏDV limitinin ilkin olaraq azı 300 min manata qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddi 100 min manatdan 200 min manata, müddəti isə 1 ildən 6 aya endirilməlidir. Bu qərar Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks və institusional islahatlar kursuna müvafiq olmaqla yanaşı, kiçik və orta biznes subyektlərinin qarşısında geniş imkanlar açacaq".
ABŞ-da Avtomatlaşdırılmış Yemək Pişirmə Robotları Restoranları Əvəz Edir
22:13 / 21-11-2024
Almaniyada Ağıllı Ofislər Üçün İqlim Nəzarəti Sistemləri
21:43 / 21-11-2024
İsveçdə Bioloji Paketləmə Texnologiyaları İnkubatoru Açıldı
21:19 / 21-11-2024
Hindistanda Süni İntellektlə İdarə Edilən Ticarət Analizi Platforması
20:42 / 21-11-2024
İtaliyada Qida Çatdırılması Üzrə Elektrikli Nəqliyyat Texnologiyası
20:21 / 21-11-2024
Fransada Yaşıl Enerji Layihələri Üçün Sahibkarlıq Yarışması Başladı
19:47 / 21-11-2024
Kanadada Təkrar Emal Sistemlərinin Rəqəmsallaşdırılması Layihəsi
19:24 / 21-11-2024
Portuqaliyada Aqrotexnologiya Sahəsində İnnovativ Həllər
18:45 / 21-11-2024
İspaniyada Ağıllı Ev Sistemləri Üzrə Yeniliklər
18:20 / 21-11-2024
Norveçdə Balıqçılıq Üçün Avtomatlaşdırılmış İzləmə Texnologiyası
18:16 / 21-11-2024
Yaponiyada Gələcəyin Pərakəndə Mağazaları Üçün Rəqəmsal Texnologiyalar
17:39 / 21-11-2024
Avstraliyada Turizm Texnologiyaları Üzrə İnnovativ Həllər
17:00 / 21-11-2024
Belçikada Logistika Sahəsində Süni İntellekt Tətbiqi
16:32 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
14:33 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
14:20 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
14:15 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
13:54 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
13:49 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
13:31 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
13:28 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
13:25 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
13:21 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
11:50 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
11:46 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
10:31 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
10:19 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
10:00 / 21-11-2024
ABŞ-da Süni İntellektlə Avtomatlaşdırılmış Ticarət Şəbəkələri Yaradılır
22:22 / 20-11-2024
Azərbaycanda ƏDV limitinin artırılmasına ehtiyac varmı?
Bölməyə aid digər xəbərlər
Tarix: 20-09-2022, 16:32 Oxunub: 113
Bölməyə aid digər xəbərlər
12-09-2022, 11:48
Azərbaycanda illik inflyasiya 13 %-i keçib
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
13-05-2022, 19:11
Gəncə sənayesində 185 milyon manatlıq istehsal - ŞƏHƏRİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ AÇIQLANDI
13-05-2022, 17:31
Azərbaycanda illik inflyasiya 12,4 % olub
13-05-2022, 13:59
Azərbaycanda inflyasiya açıqlandı - ƏRZAQLAR 18 FAİZDƏN ÇOX BAHALAŞIB
7-04-2022, 08:02
"Elə etmək lazımdır ki, ticarət obyektləri alıcıya təqdim etdikləri çekdən istifadə edə, məlumatları görə bilməsin"
11-03-2022, 15:26
Azərbaycanda inflyasiya açıqlandı: Ərzaq 17 faizdən çox bahalaşıb - FOTO
11-03-2022, 11:33
Azərbaycanda inflyasiya açıqlandı - ərzaq 17 faizdən çox bahalaşıb
22-02-2022, 16:09
İnflyasiyanı və onun təsirlərini necə cilovlamalı?
11-02-2022, 16:16
Azərbaycanda böyük bahalaşma- İNFLYASİYA DAHA DA YÜKSƏLİB
17-01-2022, 21:16
Ölkədə qiyməti artan və azalan məhsullar - FOTO
14-01-2022, 16:48
Azərbaycan əhalisindən 44,2 milyard manatlıq alış-veriş!
16-12-2021, 09:04
Azərbaycanda inflyasiyanın sürəti əhalinin gəlirlərinin artması tempini kəskin üstələyib
12-11-2021, 14:16
Azərbaycanda inflyasiya açıqlandı - ƏRZAQDA BAHALAŞMA 13 FAİZİ AŞIB
9-08-2021, 15:42
Azərbaycanda bahalaşan məhsulların siyahısı AÇIQLANIB - FOTO
15-07-2021, 12:03
Azərbaycanda minik avtomobilləri bahalaşıb - RƏSMİ
13-05-2021, 09:19
Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın bahalaşıb
11-12-2020, 12:05
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb
10-12-2020, 11:56
Azərbaycanda illik inflyasiya 2,8% qalıb