Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

Baxış: 354



Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.
"Sahibkartv.az" xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarlı keçid haqqı ödəyirdiksə, gələn aydan bu rəqəm 5 000 ABŞ dolları olacaq".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.