Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Britaniyalı nazir Azərbaycana başsağlığı verib

Baxış: 186
Böyük Britaniyanın Avropa regionu üzrə sövlət naziri Leo Dokerti Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdə Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı verib.
"Sahibkartv.az"ın xəbərinə görə, o, başsağlığını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı çatdırıb. 
Leo Dokerti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı yaranmış vəziyyətə görə narahatlığını ifadə edib. Hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb.
Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.