Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi 600 milyon dolları aşıb

Baxış: 206


2022-ci ilin 8 ayında Mərkəzi Bank valyuta bazarından 606.7 milyon dollar alıb.

Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir.
Sahibkartv.az xəbər verir ki, bu barədə Bankın press-relizində bildirilir.
Qeyd edilib ki, ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət vardır. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir etmişdir.
Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 milyon dollar, o cümlədən aprel-avqust aylarında 473.8 milyon dollar olmuşdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.