Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Çaykənd” bazalt yatağı satıldı - QİYMƏT

Baxış: 512
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaydığı məlumatda bildirilir ki, Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçirilən hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb.
Başlanğıc qiyməti 354 min 800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Qeyd edək ki, yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.
Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.