Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anna Byerde: “Dünya Bankı Azərbaycana 4,5 mlrd dollardan çox investisiya yatırıb”

Baxış: 292



“Dünya Bankı Azərbaycan iqtisadiyyatına 4,5 milyard ABŞ dollardan çox investisiya yatırıb”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.
Ümumilikdə Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı, infrastruktur, enerji, ətraf mühit və regionların inkişafı daxil olmaqla, demək olar ki, bütün fəaliyyət sektorlarında 50-yə yaxın layihə həyata keçirib.
A.Byerde Dünya Bankının Azərbaycanda neft və su təchizatı sektorunda həyata keçirdiyi iki layihəni xüsusilə vurğulayıb.
"Azərbaycanla əməkdaşlığımız ölkənin müstəqilliyinin əldə edilməsindən və iqtisadi transformasiyanın başlanmasından indiyədək davam və inkişaf edir", - A.Byerde deyib.
Vitse-prezidentin sözlərinə görə, son 30 il ərzində Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə böyüyüb, müxtəlif sahələrdə mühüm islahatlar aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.