Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

IEA neftə tələbat proqnozunu azaldıb

Baxış: 184
 


Beynəlxalq Enerji Agentliyi (IEA) karantin rejimlərinin dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində fəaliyyəti yavaşlatacağı gözləntiləri ilə əlaqədar olaraq bu il üzrə qlobal neft tələbi proqnozunu aşağı salıb.
Sahibkartv.az xəbər verir ki, agentliyin aylıq hesabatında bu il qlobal neft istehlakının gündəlik 2 milyon barel artaraq 99,7 milyon barrelə çatacağını proqnozlaşdırıb. Bu, əvvəlki təxminlərdən gündə 110 min barel azdır.
Gələn il tələbatın 2 milyon 100 min barel artaraq təxminən 101 milyon 800 min barrelə çatacağı və epidemiyadan əvvəlki səviyyəni keçəcəyi proqnozlaşdırılır.
Bildirilib ki, Çində artan karantinlər və iqtisadi mühitin pisləşməsi bazarda təzyiqlərə səbəb olub.
Hesabatda bildirilir ki, Liviyanın neft hasilatını keçən ay güclü bərpa etməsi, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də hasilatlarını qismən artım Nigeriya, Qazaxıstan və Rusiyadakı hasilat itkilərini kompensasiya edib.
IEA xəbərdarlıq edib ki, Avropa Birliyinin Rusiyaya satışlarına qarşı sanksiyaları dekabrın əvvəlində qüvvəyə minərsə, neft qiymətləri arta bilər.
Xam neft fyuçersləri son üç ayda təxminən 25 faiz ucuzlaşıb. Bu gün Londonda neftin barreli 93 dollara satılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.