Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AYİB Prezidenti Dövlət Neft Fondunun rəhbərliyi ilə görüşüb

Baxış: 203



Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Prezidenti Odile Renaud-Basson və onun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə "Sahibkartv.az"a ARDNF-dən məlumat verilib.
Məlumata görə, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə AYİB-in nümayəndə heyətinə geniş məlumat verilib.
ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov öz çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzun müddətli layihələri yüksək qiymətləndirib.
Odile Renaud-Basson isə təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.