Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı tapşırıqlar verilib

Baxış: 332
2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı tapşırıqlar verilib.
Nazirlər Kabinetindən "Sahibkartv.az"a verilən məlumata görə, sentyabrın 8-də İqtisadi Şuranın növbəti iclası keçirilib.
Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tapşırıqlar, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri, büdcə qaydasının hədəfləri və əməliyyat hədəfi, ortamüddətli dövr üçün dəqiqləşmiş makroiqtisadi proqnoz göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib. 2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.