Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR Türkiyədə neft axtarışı aparacaq

Baxış: 215


SOCAR Türkiyədə neft axtarışı aparacaq 


Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müvafiq razılaşmaya uyğun olaraq, Türkiyənin TPAO şirkəti adından neft axtarışı məqsədilə qazma işləri aparmaq üçün SOCAR-ın Kompleks Qazma İşlər Trestinin nümayəndəsi Zəkulla Kərimov Batman şəhərinə gəlib, ilkin araşdırmalar edib və şəhərin qubernatoru Əkrəm Canalp ilə görüşüb.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, Batman qubernatorluğunda SOCAR rəsmiləri ilə bir müddət söhbət edən vali Əkrəm Canalp şirkət rəsmilərindən həyata keçirəcəkləri neft kəşfiyyatı fəaliyyətləri ilə bağlı məlumat alıb.
Qeyd olunur ki, Zəkulla Kərimov mart ayında İstanbulda keçirilən Neft Ehtiyatları Zirvə toplantısında Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə çərçivəsində Batmanda ən mühüm qazma işlərini həyata keçirməyi planlaşdırdıqlarını ifadə edib.
“Bölgədə edəcəyimiz qazma zamanı neft aşkar etsək, çox şad olarıq”, - Zəkulla Kərimov qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.