Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə hesabatı barədə pozuntunu təkrarlayan siyasi partiyaya 3 il dövlət maliyyə yardımı ödənilməyəcək

Baxış: 280


Maliyyə hesabatı barədə pozuntunu təkrarlayan siyasi partiyaya 3 il dövlət maliyyə yardımı ödənilməyəcək
Azərbaycanda maliyyə hesabatı barədə pozuntunu növbəti ildə təkrarlayan siyasi partiyaya 3 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
"Sahibkartv.az"ın xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihədə qeyd edilib ki, maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.