Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, pensiyaçılara maddi yardımlar ayrılıb. 1,2 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 milyon manat əlavə vəsaitin ayrılması təmin edilib.
Bu ilin 8 ayında 18,6 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 66,9 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.





































