
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağsuçay (1) və Zəyəmçay (2) su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Sahibkartv.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Geo-SU Group" və "Hydro-Geo Environnement Group" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 885 min manat və 1,416 milyon manat, ümumilikdə isə 2,301 milyon manat ödəniləcək.
Qalib şirkətlərə müvafiq olaraq 885 min manat və 1,416 milyon manat, ümumilikdə isə 2,301 milyon manat ödəniləcək.




































