Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl ucuzlaşıb

Baxış: 335


“Təhlükəsiz” investisiyaların alternativ aləti olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızılın qiyməti cüzi ucuzlaşıb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,41 % və ya 7,05 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 705,85 ABŞ dollarına düşüb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,42 % düşərək 1 unsiyası 17,832 ABŞ dolları təşkil edib.
Analitiklər qızıl qiymətinə ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasının təsir etdiyini hesab edirlər. Belə ki, 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi ardıcıl 6 həftədir ki artır və hazırda 3,338% təşkil edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.