Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hövsandakı sutəmizləyici qurğunun gücü artırılacaq

Baxış: 226

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki sutəmizləyici qurğuların inkişaf etdirilməsi, gücünün artırılması nəzərdə tutulub.

“Sahibkartv.az” xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli “Ekspert saatı”nda bildirib.
"Bu gün həmin ərazidəki tullantı su şəbəkəsində nəqledici kollektorların tikintisi planlaşdırılır. Bu da tullantı sularının idarə olunmasına imkan verəcək. Bununla da gələcəkdə Hövsan sutəmizləyici qurğusunun gücünün 200 min kubmetrə qədər artırılması planlaşdırılır”, - deyə o, qeyd edib.
O əlavə edib ki, Pirşağı qəsəbəsində tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınıb: “Sahil boyu 1000 millimetrlik kollektor vasitəsilə Xəzərə axıdılan tullantı suyunun qarşısı tamamilə alınıb”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.