Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ

Baxış: 304
Çərşənbə günün açıqlanan statistik rəqəmlərə görə Avrozonada inflyasiya avqust ayında rekord həddə - 9.1%-ə çatıb. Xəbərə ilk reaksiya olaraq avro dollar qarşısında bir qədər bahalaşsa da, Amerika sessiyasında dollar indeksində davam edən yüksəliş fonunda “ayılar” yenidən üstünlüyü ələ almağı bacardılar. Hazırda 109 bənd civarına yaxınlaşan dollar indeksi bu müqavimət səviyyəsini qıra bilsə, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

Son 3 ildə 4-cü dəfə 1680$ hədlərini test etməyə gedən qızıl bu həddi qıracağı təqdirdə,  qiymətli metalın bir unsiya üzrə dəyəri kəskin şəkildə ucuzlaşa bilər. Buna qədər isə satıcılar 1700$ və 1690$ səviyyələrindəki dəstək hədləri qırılmalıdırlar.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.