Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran Xarici İşlər Nazirliyi: “Tranzit yolların möhkəmlənməsi regionun inkişafı üçün mühüm amildir”

Baxış: 181
Hüseyn Əmirabdullahian
“İranın coğrafi mövqeyi tranzit marşrutların gücləndirilməsi və regional inkişafı dəstəkləmək üçün çox əlverişli imkanlar yaradır”.
"Sahibkartv.az"ın Rusiya bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrov ilə danışıqlardan sonra deyib.
"İran əhəmiyyətli coğrafi mövqeyə malikdir. Şimal-Cənub istiqaməti də daxil olmaqla tranzit marşrutların gücləndirilməsi regionun inkişafı və onun ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm amildir. Şimal-Cənub istiqamətində bütün marşrutların aktivləşdiriləcəyinə ümid edirik. Marşrutun Şərq qolu artıq istifadəyə verilib. Qərb qolunu da tamamlamağa hazırıq. Bu xəttin tamamlanması Moskva ilə müzakirə olunur. İran tərəfi bu marşrutun qalan hissəsinin tikintisi ilə ciddi şəkildə məşğul olur. Bu, bu gün müzakirə etdiyimiz ən vacib məsələlərdən biridir”, - Abdullahian Lavrovla birgə mətbuat konfransında bildirib.
O, həmçinin İran İslam Respublikasının Cənubi Qafqazda geosiyasi dəyişikliklərə qarşı olduğunu bəyan edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.