
Gəmi təmiri və gəmi tikintisi xidmətləri göstərən “Xəzər GLX” QSC şirkəti 2021-ci ili 7 milyon 194 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 5 milyon 34 min manat xalis mənfəət ilə bağlamışdı.
Sahibkartv.az xəbər verir ki, “Xəzər GLX” şirkətinin əsas əməliyyat gəlirləri (satış) 2020-ci ildə 11 milyon 982 min manat ikən, 2021-ci ilidə 16 milyon 867 min manata yüksəlib.“Xəzər GLX” QSC 2006-cı ildə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05 aprel 2006-cı ildə istehsalat subyekti və hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. “Xəzər GLX” QSC Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən yoxlanılmışdır. Bütün gəmi komponentlərinin təmiri “XƏZƏR GLX” QSC-nin ixtisaslaşdırılmış emalatxanalarında həyata keçirilir.




































