Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 89 dövlət əmlakı hərraca çıxarılacaq

Baxış: 258
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 6-da və 13-də özəlləşdirmə hərracları keçirəcək.
Bu barədə "Sahibkartv.az"a nazirlikdən bildirilib.
Məlumata görə, ilk hərraca 10 kiçik dövlət müəssisəsi, 49 nəqliyyat vasitəsi, növbəti hərraca isə 5 səhmdar cəmiyyətin səhm paketi, 25nəqliyyat vasitəsi çıxarılacaq. Beləliklə, ümumilikdə 89 əmlak potensial investorlara təklif olunacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Onların səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin isə əksəriyyəti Cənubi Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1993-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.