Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Özbəkistan şirkəti ilə maşınqayırma sahəsində əməkdaşlığı müzakirə edib

Baxış: 271


Azərbaycan Özbəkistan şirkəti ilə maşınqayırma sahəsində əməkdaşlığı müzakirə edib
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və "General Motors International" şirkətinin vitse prezidenti Coni Saldana ilə görüşüb.
Bu barədə "Sahibkartv.az"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Görüşdə iqtisadiyyatr nazirinin müavini Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi barədə məlumat verib. Qeyd edilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var. 
Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən biznes layihələrində fəal iştiraka dəvət olunub.
“Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ölkəsində Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verildiyini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər maşınqayırma sahəsində əməkdaşlığın inkişafı, o cümlədən digər ölkələrin bazarlarına birgə ixracın genişləndirilməsi barədə müzakirə aparıblar.
Qeyd edək ki, “Uzavtosanoat” SC şirkəti minik və yük avtomobillərinin, avtobusların və avtomobil komponentlərinin istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istehsal çeşidinə “Chevrolet”, “Ravon” brendinə məxsus minik avtomobilləri və “ISUZU” markalı avtobuslar daxildir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.