Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Orta Dəhlizlə yükdaşımalar 15% artıb

Baxış: 222
Bu ilin I yarısında Orta Dəhlizlə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 15% çox olub.
"Sahibkartv.az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Tbilisidə keçirilmiş, Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşündə məlumat verilib.
Görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması, tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb. Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Eyni zamanda bildirilib ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin eyni dövrünə nisbətən təxminən 3 dəfə artıb.
Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib. Birgə səylərin və səmərəli əməkdaşlığın nəqliyyat sahəsində qarşıya çıxan çətinlikləri aradan qaldıracağına əminlik ifadə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.