Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Mastercard": "Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8 %-i qədərdir"

Baxış: 318

"Hazırda Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8%-i qədərdir. Biz gələn il bu rəqəmin 40%-i keçməsinə nail olmağı düşünürük”.

“Sahibkartv.az” xəbər verir ki, bunu "Mastercard" beynəlxalq ödəniş şirkətinin Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru Avşar Gürdal deyib.
"Hazırda Azərbaycanda 12 milyon bank kartı var ki, bunun da təxminən 80%-i təmassızdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət inkişaf etməkdədir. Ümumi ödəmələrdə kartla ödəmələrin payı 20% cıvarındadır. Dünyada isə bu rəqəm 38% civarındadır. Amma biz bunun 50%-i keçməsini istəyirik. Elektron ticarət bu sırada önəmli yer tutur. Biz “MasterCard” olaraq elektron ticarətə dəstək verməkdə davam edəcəyik", - deyə o, qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.