Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bolqarıstan Azərbaycanla təbii qazla bağlı danışıqları bərpa edir

Baxış: 210
Bolqarıstan hökuməti Azərbaycandan qaz tədarükünü artırmaq üçün ölkəmizlə danışıqları bərpa edir.
“sahibkartv.az”ın Bolqarıstanın “Novinite.com” sayıtna istinadən verdiyi məlumata görə, bunu ölkənin enerji naziri Rozen Xristov bildirib.
“Biz həcmin artırılması, həmçinin qiymətlə bağlı razılaq əldə edilməsi üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Onların qiymətlə bağlı qeyd-şərtləri var. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik, buna görə də danışıqlara başlayacağıq”, - deyə o, qeyd edib. 
Nazirin sözlərinə görə, rəhbərlik etdiyi qurum bütün qış dövründə istehlakı ödəmək üçün qaz axtarmağa davam edəcək: "Bundan sonra biz səylərimizi ortamüddətli müqavilələrin imzalanmasına yönəldəcəyik ki, boru kəməri ilə qazın rəqabətədavamlı qiymətlərlə sistematik tədarükünü təmin edək. Hazırda həcmlər bizi o qədər də narahat etmir. Bizi narahat edən qaz təchizatı ilə bağlı təkliflərimizin olmasıdır. Bizi ən çox narahat edən qiymət - bazarın sistematik olaraq qiymət artımına meylidir”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.