Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Serbiya Prezidenti Azərbaycanın dövlət başçısına zəng edib

Baxış: 307
Avqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Sahibkartv.az" xəbər verir ki, telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik edib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.