Sentyabrın ortalarına Azərbayabda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üzrə bu il üçün proqnozlaşdırılan hədəfə nail olunacaq.
Bu barədə "Sahibkartv.az"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanın icrası ilə bağlı görülən işlərdən danışarkən bildirib.
"Həmçinin, ərzaqlıq buğda əkinlərinə böyük təsərrüfatların cəlbinə də nail olacağıq. Müraciətlərin həcmi göstərir ki, hədəfin üzərində bir rəqəmlə bu il ərzaqlıq buğda əkini proqramında iştirak edən təsərrüfatlar olacaq. Həcm proqnozlaşdırılmış rəqəmdən üstün olacaq", - V. Hüseynov deyib.
KTN rəsmisi qeyd edib ki, fərmanda əsas üç hədəf var: "Birincisi, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsininin yüksəldilməsi, ikincisi isuvarma sistemlərinin tətbiqi, üçüncü isə fermerlərin gəlirlərinin artırılmasıdır".
Onun sözlərinə görə, iqlim dəyişikliyi, qlobal istiləşmə və bunların təsirləri nəticəsində suvarma ilə bağlı xüsusilə də quraqlıq məsələlər ilə bağlı ciddi risklər var: "Amma müasir suvarma sistemləri quraşdırılmış sahələrdə risk aradan qaldırılır. Ona görə Azərbaycanda əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqi imkanları genişləndirilməlidir".
V. Hüseynov bildirib ki, ilkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülərə) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək:
"Artıq böyük təsərrüfatların rəhbərləri ilə silsilə görüşlər keçirib. Bu görüşlərdə fermerlərə fərmandan irəli gələn vəzifələr, hədəf qoyulan məqsədlərə nail olmaq üçün icra mexanizmləri, əsasən də kredit və zəmanət mexanizmləri ilə bağlı zəruri məlumatlar verilib".
V. Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciət etdiyini bildirib. Müraciətə əsasən, mövcud tələblərə uyğun olan, yəni mülkiyyətində olan torpaq sahəsi 50 hektardan çox olan sahələrdə müasir suvarma sistemləri qurmuş, əraziləri vahid massivdə yerləşən, istehsal etdiyi ərzaqlıq buğdanı dövlət tədürükü qiymətinə Dövlət Ehtiyatlar Agentliyinə və un dəyirmanlarına təhvil vermək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyini ilə müqavilə imzalama üçün müraciət etməlidirlər.
"Müqavilə imzalamış fermerlər artıq fərmanın icra mexanizminin iştirakçısı olacaqlar və onlar digər fermerlərdən fərqli olaraq əkin subsidiyası ilə yanaşı məhsul subsidiyası alacaqlar. Əkin subsidiyası taxıl əkilmiş sahələrin miqyasına, hektara görə verilir. Fermerlər əkin subsidiyası ilə yanaşı dövlətə təhvil verdikləri ərzaqlıq buğdanın tonuna görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Nəticə etibarilə, taxıl əkinlərinin, ərzaqlıq buğda əkinlərinin stimullaşdırılması, fermerlər və böyük təsərrüfat sahibləri tərəfindən maraqla qarşılanıb. Hesab edirik ki, fərmanın icrasının proqnozlaşdırılan həcmdə həyata keçilməsi nəzərdə tutulan əsas hədəfə, yəni ölkənin ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.
Fermerlər həm dövlətin dəstək mexanizmlərindən yararlanacaqlar, həm ərzaqlıq buğdaya görə daha çox gəlir əldə edəcəklər. Fermerlər dövlətin ərzaq təhlükəsizliyi proqramının bilavəsitə iştirakçısına çevriləcəklər, müasir suvarma sistemlərinin sahələrdə quraşdırılması onlara imkan verəcək ki, bir il ərzində 2-3 dəfə məhsul istehsal etsinlər. Söhbət həm növbəli, həm də təkrar əkinlərdən gedir.
Bu baxımdan üç əsas hədəfi olan bu proqram qarşıda duran vəzifələri, ən əsası da ərzaqlıq buğda ilə bağlı özünütəminat səviyyəsinin yüksəldilməsi ilə bağlı məsələni həll etmiş olacaq. Bununla bağlı, Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində müvafiq dataları götürərək, fərdi şəkildə hər kəslə 50hektardan yuxarı sahəsi olan taxıl və buğda əkən fermerlərə fərdi şəkildə müzakirələri davam etdirir. Onlar beş il ərzində mütləq şəkildə bizim proqramın əsas iştirakçısı olmaq potensialına malikdilər. Fermerlərə müasir suvarma sistemlərinin quraşdırılması ilə bağlı və bu proqramda iştirakla bağlı tövsiyyələr verilir".
V.Hüseynov əlavə edib ki, müasir suvrama sistemlərinin quraşdırılması üçün kredit və zəmanət mexanizmləri tətbiq olunacaq: "Məsələn, femerin 50 hektar sahəsi var, vahid massivdə yerləşir, amma müasir suvarma sistemi yoxdur. Lakin ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsi mexanizmində iştirak etmək istəyir.
Suvarma sistemlərinin dəyərinin 40 %-i dövlət tərəfindən ödənilir. Fermer bu vəsait hesabına 20 %-lik ilkin ödənişi etməklə suvarma sistemlərini qurmuş olur, çünki suvarma sisteminin məbləği böyük olduğuna görə öz hesabına bunu etmək mümükün olmur.
Suvarma sistemlərini quraşdırdıqdan sonra fermerlər növbəti 5 il ərzində 40 %-lik dövlət vəsaitini faizsiz qaytarılmasını həyata keçirə bilirlər. Nəzərdə tutulan məhsul subsidiyası fermerin suvarma sistemlərinin quraşdırılmasına çəkdiyi xərcləri qısa müddət ərzində 30-36 ay (3 il) ərzində tam şəkildə ödənilməsini nəzərdə tutur. Beləliklə dövlət dəstəyi mexanizmləri hesabına fermerlər artıq 3 ildən sonra tam şəkildə ən müasir suvarma sistemləri əldə etmiş olurlar".
Günəşlə Dərs: Cənubi Afrika Məktəbləri İşıqlanır
17:00 / 12-04-2025
Plastikdən Tikilən Ümidlər: Meksikada Yeni Evlər
16:44 / 12-04-2025
İnnovasiyalar Qütb Tədqiqatlarında: Kanada Yeni Laboratoriya Açır
16:30 / 12-04-2025
Tarixə İkinci Nəfəs: İtaliyada Qədim Binalar Geri Qayıdır
16:24 / 12-04-2025
Su Üzərində Təsərrüfat: Vyetnamın Yeni İxtirası
16:00 / 12-04-2025
Geotermal Güc Sayəsində Qütb İstixanaları Qurulur
15:47 / 12-04-2025
Nil Çayına Yeni Həyat: Plastiklərə Qarşı Texnoloji Həmlə
15:16 / 12-04-2025
Rəngli Ümidlər: Favela Gəncləri Sənətlə İcma Dəyişir
15:00 / 12-04-2025
Arılarla Şəhər Yaşıl Həyata Qovuşur
14:45 / 12-04-2025
Dənizlərin Müdafiəçisi: Balıqçılar Rifləri Qoruyur
14:23 / 12-04-2025
Təhsilə Ulduz Kimi Parlayan Rəqəmsal Körpü
14:00 / 12-04-2025
Şəhər Damları Yaşıl Məkanlara Çevrilir
13:41 / 12-04-2025
Susuzluğa Günəşli Həll: Kəndlər Yeni Dövrə Keçir
13:17 / 12-04-2025
Arktikada Günəş Enerjisi İnqilabı
13:00 / 12-04-2025
Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12:06 / 12-04-2025
Yem əlavələrinə dair sanitariya norma və qaydalar təsdiqləndi
12:03 / 12-04-2025
Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
10:49 / 12-04-2025
Prezidentin nəvələri Ərdoğanla - Foto
10:35 / 12-04-2025
Mövqelərimiz yenidən atəşə tutuldu
10:29 / 12-04-2025
Trampı ölümlə hədələyən şəxs həbs edildi
10:20 / 12-04-2025
Ukraynada döyüşən çinlilərlə bağlı Rusiya XİN-dən açıqlama
10:10 / 12-04-2025
“Koroğlu”da taksi aşdı, yaralanan var - Yenilənib - Video
10:05 / 12-04-2025
Rusiya üzərində gecə ərzində 36 PUA vurulub
09:55 / 12-04-2025
"Qır-saqqız"a çevrilən Brüssel və getdikcə uzaqlaşan Bakı
09:00 / 12-04-2025
Kokos qalıqları ilə işləyən elektrik stansiyası quruldu
22:16 / 11-04-2025
Kənd qadınları üçün səyyar bazarlar yaradıldı
21:45 / 11-04-2025
Süni intellekt qocalar evlərində emosional dəstəyi artırır
21:30 / 11-04-2025
“GreenBiz Garage” gənclərə eko-biznes qurmağı öyrədir
21:21 / 11-04-2025
Məktəb şagirdləri üzvi əkinçiliklə məşğul olur
20:44 / 11-04-2025
“SmartCityHealth” layihəsi ilə şəhər sağlamlığı izlənilir
20:30 / 11-04-2025
“AI Mentor” proqramı sahibkarlara ağıllı biznes planlar təklif edir
20:18 / 11-04-2025
“Təbiətlə Biznes” festivalı kənddə startapları bir araya gətirdi
19:47 / 11-04-2025
KTN: "Azərbaycanda ərzaqlıq buğda istehsalı üzrə builki hədəfə sentyabrda nail olunacaq"
Bölməyə aid digər xəbərlər
Tarix: 19-08-2022, 15:00 Oxunub: 199
Bölməyə aid digər xəbərlər
25-07-2022, 15:30
Hökumət ərzaqlıq buğda tədarükçülərinə subsidiya ödənişi ilə bağlı işlərə başlayıb
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
11-02-2022, 23:23
"Daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə 49 milyon manat vergi dövlət büdcəsinə köçürülüb"
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
26-12-2021, 20:43
Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMA
15-11-2021, 17:30
Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın tərkibi dəyişib
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI