Bunu “Sahibkartv.az”a açıqlamasında "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli deyib.
Onun sözlərinə görə, bu gün dünya iqtisadiyyatında cərəyan edən iqtisadi-siyasi proseslər buğdanın və digər ərzaqların qiymətinə mənfi təsir göstərir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən hazırkı ərzaq qiymətləri son 40 ilin maksimum həddindədir. Keçənilki ərzaq qiymətləri ilə müqayisədə 26 %-dən yuxarı artım olub. Bu gün dunyada buğda məhsulunda əhəmiyyətli azalma yoxdur. Onun qiymətlərinə təsir edən əsas amillərdən biri buğda istehsalçılarının spekulyativ əməliyyatlarıdır. Bu özünü ölkələrin buğda ixracına tətbiq etdiyi kvotada göstərir. Belə ölkələrin sırasına bizim regionun əsas buğda ixracatçıları olan Rusiya və Qazaxıstan da daxildir. Əvvəlki illərlə müqayisədə hazırda Qazaxıstanın ixrac kvotası cəmi 550 mintondur. Rusiya isə ötən illə müqayisədə buğda ixracını 13 % azaldıb. Digər tərəfdən dünya bazarında tədarük zəncirlərinin pozulması müşahidə edilməkdədir. Ənənəvi buğda alıcılarının yerinə yeniləri gəlib. Bu sahədə olan kiçik şirkətlər sıradan çıxaraq öz yerini daha böyük şirkətlərə verib. Sonuncular da spekulyativ əməliyyatlar həyata keçirməklə buğdanı alıb saxlamaqla süni buğda defisiti yaradırlar. Bütün bu faktorlar nəticə etibarı ilə buğdanın qiymətinin artmasına gətirib çıxarır".
Ekspert diqqətə çatdırıb ki, Azəbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir: "Ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümlarını xeyli artırıb. Belə ki, avqustun 5-nə kimi buğdanın ixrac rüsumu bir tonu üçün 100 ABŞ dolları idisə hazırda bu rəqəm 145 ABŞ dollarıdır və gələn ay 150 ABŞ dollarına çatacağı güman edilir. Bunun un və un məhsularının qiymətlərinə mənfi təsiri qaçılmazdır. Unun bir kilosunda 0,20 manata kimi qiymət artımı ola bilər”.
Əyyub KərimliƏ.Kərimliyə görə, qiymət artımının mənfi təsirlərini minimuma endirmək üçün bir sıra önləyici tədbirlərin həyata keçirilməsi labüddür: “İlk olaraq süni qiymət artımı hallarına qarşı nəzarət mexanizmləri gücləndirilməlidir. Bu sektorlardakı kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi artırılmalıdır. Bazar subyektləri arasında sağlam rəqabət şəratinin təmin olunması istiqamətində aktiv iş aparılmalıdır. Eyni zamanda sosial həssas əhali qruplarının, o cümlədən təqaüdçülərin, müavinət alanların gəlirlərinə yenidən baxılmaqla inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunmalıdır. Bu yaxın və orta müddətli perspektivdə edilməli olanlardır.
Uzaq perspektivdə isə xüsusilə ərzaqlıq buğdaya olan tələbatın daxili imkanlar hesabına təminat səviyyəsinin artırılması istiqamətində iş aparılmalıdır. Hökümət yaxın 5 ildə bu göstəricini 80 %-ə çatdırmağı hədəfləyir. İşğaldan azad olunmuş 600 min hektar əkinə yararlı torpaqdan 50 min hektarı bu il əkilib. Gələn il əlavə 150 min hektar torpağın əkilməsi nəzərdə tutulub. Əkin sahələrinin genişləndirilməsi ilə yanaşı məhsuldarlığın artırılmasına da geniş yer verilməlidir. Bunun üçün kənd təsərrüfatında müasir innovativ həllərin istifadəsi üstünlük təşkil etməlidir. Dünyada əkin sahələri az olan ancaq çox məhsul götürən ölkələr var. Onların təcrübəsindən yararlanmaq böyük əhəmiyyət kəsb edir”.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”
Bölməyə aid digər xəbərlər
"Qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirləri qaçılmazıdır".
Tarix: 17-08-2022, 18:47 Oxunub: 171
Bölməyə aid digər xəbərlər
17-08-2022, 13:59
Azərbaycanda un və un məmulatları bahalaşacaqmı?
17-08-2022, 11:09
QHT-lər ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
16-08-2022, 17:05
Qlobal buğda bazarındakı qeyri-müəyyənik Azərbaycana necə təsir edəcək?
15-08-2022, 15:30
Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib
19-04-2022, 09:22
Buğda ixracatlarına qadağalar Azərbaycana necə təsir edəcək? - ŞƏRH
26-03-2022, 17:01
FAO: "Dünyada ərzaq qiymətləri 22 %-ə qədər arta bilər"
12-03-2022, 13:20
Müharibənin çörək sınağı: Taxıl bazarında nə baş verir?
18-01-2022, 13:47
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
26-12-2021, 20:43
Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMA
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
22-12-2020, 08:28
Dünyada ərzaq niyə bahalaşır? Dünyada ərzaq niyə bahalaşır?
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək