Bunu “Sahibkartv.az”a açıqlamasında “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi sədri Zaur İbrahimli deyib.
“Artıq bununla bağlı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) öz təhlillərini verib, ərzaq qıtlığının daha geniş miqyas ala biləcəyi ilə bağlı xəbərdarlıq edib. Ərzaq qiymətləri Rusiyanının Ukraynaya hücumundan dərhal sonra, fevraldan başlayaraq artmağa başlayıb, həmin ay FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayı ilə müqayisədə 3,9 % artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 % olub. FAO-nun iyul üçün açıqladığı Taxıl Qiymətləri İndeksiorta hesabla 147,3 bənd təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 24,8 % çoxdur. Ukrayna buğdasının idxalı ilə bağlı razılaşma və Şimal yarımkürsəsində məhsul yığımının başa çatması buğdanın qiymətinin fevral ayına nisbətən yalnız 14,5 % azalmasına səbəb olub. Ekspertlər qeyd edir ki, payıza doğru qiymətlərin daha da artacağı ehtimal edilir. Bahalaşmanı həm də iqlim dəyişikliklərinin mənfi təsirinin güclənməsi - quraqlıq şərtləndirib. Eyni zamanda bir çox ölkələr ixracı məhdudlaşdırıb və ixrac rüsümlarını artırıblar. Məsələn, Azərbaycanın taxıl idxal etdiyi Rusiya da bu cür addım atıb”, - deyə o, qeyd edib.
Z.İbrahimlinin sözlərinə görə, belə xarici amillər Azərbaycan daxili bazarına da sirayət edir, ölkəmizdə də un və un məmulatlarının bahalaşmasını stimullaşdıra bilər: “Obyektiv təhlil göstərir ki, qiymət artımı qaçılmazdır. Bu, Azərbaycan hökumətindən, ölkəyə buğda, un idxal edən şirkətlərdən asılı deyil, obyektiv xarakter daşıyır və dünya bazarlarındakı mürəkkəb vəziyyətlə şərtlənir. Statistikaya görə, 2021-ci ildə Azərbaycan buğda idxalının 95 %-niRusiyadan edib. Ukrayna və Rusiya dünya üzrə buğda istehsalında 29 %-lik xüsusi çəkiyə malikdir. Rusiyanın ümumi buğda istehsalı 2021-ci ildə 85 milyon ton civarında olub. Rusiya illik 36 milyon tonluq taxıl ixrac edir ki, bu, dünya buğda istehsalının 14 %-i deməkdir. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308 min 043 ton buğda idxal edilib və bunun üçün 105 milyon 270 min ABŞ dolları ödənilib. Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7 ABŞ dolları olub. Ötən ilin yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 ABŞdollarından idxal edilib. Başqa sözlə, son bir ildə buğdanın 1 tonu 87 ABŞ dolları (150 manat) və yaxud 34 % bahalaşıb".
"Azərbaycanda 2021-ci ildə taxıl məhsulları istehsalı 3 milyon 363 min ton, buğda istehsalı isə 1 milyon 885 min ton olub, 1991-ci illə müqayisədə taxıl məhsulları istehsalı 2,5 dəfə, buğda istehsalı isə 2,1 dəfə artıb. Bununla belə ölkə bazarı idxal buğda və undan ciddi şəkildə asılıdır və dünya bazarlarında 30 %-ə yaxın bahalaşma öz təsirini göstərəcək. Hökumət üçün əsas vəzifə mövcud idxal imkanlarının saxlanılması, təchizatın davamlı olması üçün risklərin aradan qaldırılması, eyni zamanda daxili istehsalın stimullaşdırılmasıdır. Statistika göstərir ki, sonuncu məsələ ilə bağlı hökumət daim çalışır və artıq irəliləyişlər də müşahidə olunur, bununla belə, daxili təlabatın tan yerli imkanlar hesabına ödənilməsi üçün əlavə səylərə və zamana ehtiyac var. Yəqin ki, işğaldan azad olunmuş rayonların potensialından tam gücü ilə istifadə olunması bəhrəsini verəcək”, - deyə Z.İbrahimli əlavə edib.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Azərbaycanda un və un məmulatları bahalaşacaqmı?
Bölməyə aid digər xəbərlər
"Dünya bazarında taxılın bahalaşması geosiyasi proseslər və iqlim dəyişiklikləri ilə bağlıdır, qiymətlər yüksək qalmaqda davam edəcək".
Tarix: 17-08-2022, 13:59 Oxunub: 165
Bölməyə aid digər xəbərlər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
5-06-2022, 19:30
Bəşəriyyət ərzaq böhranı ilə üz-üzə
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
26-03-2022, 13:06
Azərbaycan üçün buğda idxalında Rusiya və Ukraynaya əvəz tapıldı
11-03-2022, 16:03
Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz etdi – MƏTN
8-03-2022, 10:17
Buğda qiymətləri tarixi ən yükək səviyyədə
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI