Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan elektrik enejrisi ixracını 26% artırıb, idxalını isə 17% azaldıb

Baxış: 282
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın elektrik enerjisi ixracı 1 037,7 milyon kVt/s, idxalı isə 83,5 milyon kVt/s təşkil edib.
Bu barədə “Sahibkartv.az”a Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 215,3 milyon kVt/s yaxud 26,2% artıb, idxal isə 16,6 milyon kVt/s və yaxud 16,6% azalıb.
Təkcə 2022-ci ilin iyul ayında isə Azərbaycanın elektrik enerjisi ixracı 374,2 milyon kVt/s olmaqla ötən ilin eyni dövrünə nisbətən 221,5 milyon kVt/s, idxalı isə 12,4 milyon kVt/s olmaqla 1 il əvvələ nisbətən 1,2 milyon kVt/s artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.