Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Baxış: 220
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 020,284 milyon manat təşkil edib.
“Sahibkartv.az” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,9% artaraq 748,471 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,4% artaraq 2 151,566 milyon manat, aksizlər üzrə daxilolmalar 7,95% azalaraq 85,361 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42,3% artaraq 34,885 milyon manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.