Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Azərbaycan Sənaye Korporasiyası"na məxsus 5 şirkət birləşdirilib

Baxış: 204
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Xidmət”, “ASK İnşaat”, "ASK Turizm", "ASK Şəki Kərpic", "ASK Poliqrafiya" MMC-lər birləşdirilib.
"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, həmin şirkətlər bundan sonra "ASK Xidmət"in adı altında fəaliyyət göstərəcəklər. Odur ki, həmin şirkət yenidən təşkil olunacaq.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.