Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Brent” neftinin qiyməti 97 dollara düşüb

Baxış: 311
Qlobal tələbin azalması ilə bağlı narahatlıqlar və İrandan neft tədarükünün artması ehtimalı fonunda dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşüb.
“Sahibkartv.az” “Trading Economics”ə istinadən xəbər verir ki, Londonun ICE birjasında “Brent” neftinin oktyabr fyuçersləri 1 % və ya 0,98 dollar ucuzlaşaraq 1 bareli 97,17 ABŞ dollarına satılıb. Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,98 % və ya 0,9 dollar aşağı düşərək 1 bareli 98,15 ABŞ dolları təşkil edib.
Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaları zəiflətməyi təklif edir.
Digər tərəfdən, OPEC 2022-ci ildə neftə olan tələb proqnozunu gündəlik 0,3 milyon barel azaldaraq, 3,1 milyon barel müəyyən edib. 2023-cü il üçün proqnoz isə 2,7 milyon barel səviyyəsində saxlanılıb.
Bununla da, OPEC-in hesablamalarına görə 2022-ci ildə neft istehlakı gözlənildiyi kimi gündəlik 100,3 milyon barel deyil, 100,03 milyon barel təşkil edəcək.
ABŞ-ın “Baker Hughes” şirkətinin məlumatına görə, ötən həftə ölkədə aktiv neft buruqlarının sayı 3 ədəd artaraq 601-ə çatıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.