Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMB-nin Pul Siyasəti və Maliyyə Sabitliyi Komitələri birləşdirilib

Baxış: 216



Azərbaycan Mərkəzi Bankında (AMB) Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi yaradılıb.
"Sahibkartv.az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, yeni Komitə indiyə qədər mövcud olmuş Pul Siyasəti və Maliyyə Sabitliyi komitələrinin birləşdirilməsi yolu ilə təşkil edilib.
"Komitə pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitənin iclaslarında pul və məzənnə siyasətinin əməliyyat çərçivəsi, pul siyasəti alətlərinin parametrləri, maliyyə sabitliyi üzrə risklərin dərin, hərtərəfli diaqnostikası əsasında makro ve mikro-prudensial siyasət, baş verməsi ehtimal olunan böhran situasiyalarının idarə olunması və tənzimlənməsi üzrə qərarlar üzrə təkliflərə dair İdarə Heyətinə tövsiyələr verilir, onun səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla müvafiq qərarlar qəbul edilir. Komitəyə AMB-nin sədri rəhbərlik edir. Onun üzvləri qurumun pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir", - deyə məlumatda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.