Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan BƏƏ-yə efir yağları ixrac olunacaq

Baxış: 209
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının dəstəyi və iştirakı ilə Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə BƏƏ-nin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.
Bu barədə “Sahibkartv.az”a Azərbaycanın İxracın və investisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Məlumata görə, ilkin mərhələdə bu il 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib.
Ajman Ticarət və Sənaye Palatasında keçirilmiş imzalanma mərasimində Ticarət Nümayəndəsi Aparatı tərəfindən gələcəkdə bu kimi şirkətlərin sayının artırılması, eləcə də Azərbaycan və Ajman şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.