Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ bu il qlobal neft istehlakı proqnozunu açıqlayıb

Baxış: 234
2022-ci ildə dünyada neft və maye karbohidrogenlərin istehlakı sutkada 99,43 milyon barel təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə sutkada 2,08 milyon barel çoxdur.
Bu barədə “Sahibkartv.az” ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir. 
Beləliklə, qurum iyul ayında açıqlanan proqnozunu sutkada 170 000 barel azaldıb.
Administrasiya həmçinin 2023-cü il üçün neftə tələbat proqnozunu yenidən nəzərdən keçirib. Qeyd olunub ki, istehlak 2,06 milyon barel artaraq 101,49 milyon barel/gün olacaq.
Bir ay əvvəl 2023-cü ildə göstəricinin sutkada 2 milyon barel artaraq 101,58 milyon barel olacağı proqnozlaşdırılırdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.